XƏBƏR LENTİ
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026
03 Mart 2026



Stolüstü tennisçilərin Azərbaycan çempionatına start verilib
İdman 14:46 / 14.05.2025

Bu gün stolüstü tennis üzrə Azərbaycan çempionatına start verilib.

Olimpiyadunyasi.com Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) mətbuat xidmətinə istinadən xəbər verir ki, "Şüa” İdman Kompleksində keçirilən yarışda paytaxt idmançıları ilə yanaşı, digər şəhər və rayonların stolüstü tennisçiləri 4 gün ərzində mübarizə aparacaqlar. Gənclər və idman nazirliyi ilə ASTF-nin birgə təşkil etdiyi budəfəki çempionatda da komanda, şəxsi, qoşa və qarışıq qoşa mübarizəsində qalib və mükafatçılar müəyyənləşəcək. Nəticələrə əsasən seçmə komandanın heyətinə cəlb olunacaq idmançılar beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər. Azərbaycan çempionatına mayın 17-də yekun vurulacaq.


13267 oxunub

InvestAZ