XƏBƏR LENTİ
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026



Ölkə birinciliyinin final mərhələsi yekunlaşdı
İdman 20:35 / 05.06.2023

Yeniyetmələr arasında həndbol üzrə Azərbaycan birinciliyinin final mərhələsinə yekun vurulub. "AHF Arena”da təşkil edilən yarışda 2008-2010-cu il təvəllüdlü oğlanlar və qızlar güclərini sınayıblar. Açılış mərasimində iştirakçıları salamlayan Azərbaycan Həndbol Federasiyasının idman şöbəsinin müdiri, Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov və Olimpiya çempionu Lyudmila Şubina onlara uğurlar arzulayıb, bu cür yarışların perspektivli həndbolçuların üzə çıxarılmasında mühüm rol oynadığını vurğulayıb.

Oğlanların yarışında daha yaxşı oyun nümayiş etdirən "Bakı-2” (2 nömrəli RİOEUGİM) qalib ayrılıb. "Bakı-1” (6 nömrəli İOEUGİM) ikinci, "Mingəçevir” üçüncü yeri tutublar.

Qızların mübarizəsində "Bakı-1” komandası bütün rəqiblərini qabaqlayıb. "Bakı-2” komandası gümüş, "Şirvan” isə bürünc medala yiyələniblər.

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Həndbol Federasiyasının təşkilatçılığı ilə keçirilən birinciliyə dördü oğlanlardan, dördü isə qızlardan ibarət olmaqla, səkkiz komanda qatılıb.


23768 oxunub

InvestAZ