XƏBƏR LENTİ
11 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026
07 Yanvar 2026
06 Yanvar 2026
05 Yanvar 2026
03 Yanvar 2026
01 Yanvar 2026
29 Dekabr 2025



Azərbaycanda federasiya prezidenti istefa verdi
İdman 19:10 / 28.03.2023

Azərbaycan Triatlon Federasiyasının prezidenti Elçin Əliyev istefa verib. E.Əliyev istefası ilə bağlı deyib: "Son bir il ərzində idmanın triatlon növünün inkişafı üçün Gənclər və İdman Nazirliyi ilə birlikdə çox işlər görülüb. Bu müddət ərzində davamlı olaraq müxtəlif formatlı idman yarışları keçirilib, triatlonla məşğul olanların sayı dəfələrlə artıb, ölkədə triatlon klubları yaradılıb. Uşaqların bu idmana cəlb olunması istiqamətində davamlı iş aparılıb, ölkədə onlar üçün müxtəlif yarışlar təşkil olunub. Mənim əsas fəaliyyətim innovasiyalar ilə bağlıdır. Hazırda mənim rəhbərliyim altında Azərbaycanda və bir sıra xarici ölkələrdə mürəkkəb innovativ layihələr üzərində iş gedir və bununla yanaşı, il ərzində mənim silsilə ezamiyyətlərim planlaşdırılıb. Vaxt azlığı ilə əlaqədar olaraq mənim federasiyanın işində əvvəlki həcmdə fəal iştirak imkanım olmayacaq. Bütün tərəfdaşlara dərin minnətdarlığımı bildirirəm. Bununla yanaşı, mən triatlonun inkişafında gələcəkdə də mövcud zaman resursları çərçivəsində iştirak etməyə hazıram və öz təcrübəmlə bundan sonra da bu idman növünün Azərbaycanda inkişafına öz töhfəmi verəcəyəm”.

Qeyd edək ki, E.Əliyev 2021-ci il dekabrın 21-də Azərbaycan Triatlon Federasiyasının prezidenti seçilmişdi.


20312 oxunub

InvestAZ