XƏBƏR LENTİ
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026



Velosipedçimiz beynəlxalq yarışda iştirak edib
İdman 11:35 / 27.03.2023

Türkiyənin "Sakarya BB Pro Team” velosiped klubunun tərkibində çıxış edən Azərbaycan milli komandasının kapitanı Elçin Əsədov Alanyada keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 1.2 kateqoriyalı "Syedra Ancient City" yarışında mübarizə aparıb.

11 komandanın tərkibində 61 velosipedçinin iştirak etdiyi birgünlük yarışda idmançılar şose velosipedinin qrup ötüşməsi növü üzrə güclərini sınayıblar. Alanyadan start götürən idmançılar 149 km məsafə qət edərək Syedrada finişə çatıblar.

E.Əsədov yarışda əzmlə mübarizə apararaq finiş xəttini 9-cu sırada keçib. O, yarışın liderindən 4 dəqiqə 4 saniyə geri qalıb (03:46:15). İdmançımız bu nəticə ilə aktivinə 3 UCI xalı yazdırıb.

"Sakarya BB Pro Team” klubunun tərkibində yarışan Azərbaycan milli komandasının digər üzvü Əli Qurbanov isə 33-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, veloturun qalibi yunanıstanlı velosipedçi Polychronis Tzortzakıs olub (03:42:11).


22138 oxunub

InvestAZ