XƏBƏR LENTİ
10 Fevral 2026
09 Fevral 2026
08 Fevral 2026
07 Fevral 2026
06 Fevral 2026
05 Fevral 2026
04 Fevral 2026



Güləşçilərimizdən Xorvatiyada daha iki medal
İdman 23:48 / 01.02.2023

Sərbəst güləşçimiz Hacı Əliyev (70 kq) Xorvatiyada keçirilən "Zaqreb Open" turnirini gümüş medalla başa vurub. Titullu idmançımız həlledici görüşdə ABŞ təmsilçisi Alek Uilyama məğlub olub.

H.Əliyev dörddəbir finalda gürcüstanlı Giorgi Eblakidzeni, yarımfinalda isə monqolustanlı Temulen Enktuyanı məğlub edib.

Hacı Əliyevlə eyni çəkidə çıxış edən Xadjimurad Qadjiyev isə hindistanlı Vişal Kaliramanı 10:0 hesabı ilə məğlub edərək bürünc medala yiyələnib.

Qeyd edək ki, daha əvvəl Əliabbas Rzazadə (57 kq) qızıl, Əli Rəhimzadə (65 kq) isə bürünc medal əldə ediblər.


24405 oxunub

InvestAZ