XƏBƏR LENTİ
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
21 Fevral 2026



Beynəlxalq turnirdə uğurla çıxış edən stolüstü tennisçilərimiz mükafatlandırıldılar
Gündəm 11:45 / 03.10.2022
Tbilisidə keçirilən stolüstü tennis üzrə "WTT YOUTH CONTENDER” turnirində uğurla çıxış edən yeniyetmə idmançılar mükafatlandırılıblar. Oktyabrın 1-də Azərbaycan Stolüstü Tennis Federasiyasının ofisində təşkil olunan tədbirdə seçmə komandanın üzvləri və məşqçiləri, federasiyanın vitse-prezidenti Elmar İslam və baş katibi Könül Mikayılova iştirak ediblər. 
İdmançıları və məşqçiləri təbrik edən federasiya rəsmiləri onlara qarşıdakı yarışlarda da uğurlar arzulayıblar.
Tbilisi turnirində etimadı doğruldan stolüstü tennisçilərə və seçmə komandanın məşqçilər heyətinə hədiyyə və pul mükafatı təqdim olunub.
Xatırladaq ki, Gürcüstan paytaxtında keçirilən beynəlxalq yarışda Yağmur Məmmədli 1-ci, Mərziyyə Nurmətova 2-ci, Aylin Əsgərova, Adil Əhmədzadə və Onur Quluzadə 3-cü yeri tutublar.

55355 oxunub

InvestAZ