XƏBƏR LENTİ
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
21 Fevral 2026



Bu gün "Neftçi"nin Konfrans Liqasındakı potensial rəqibinin adına aydınlıq gələcək
İdman 15:27 / 02.08.2022
Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq. Bakı vaxtı ilə saat 16:00-da başlayacaq tədbirdə Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Neftçi"nin də rəqibi bəlli olacaq.
"Ağ-qaralar" III təsnifat mərhələsində Avstriyanın "Rapid" (Vyana) komandasını üstələyəcəyi təqdirdə, səpələnməmişlər səbətində yer alacaq.
Potensial rəqiblər isə Fransanın "Nitsa" komandası, "Hayduk" (Split, Xorvatiya) / "Vitoriya" (Portuqaliya) cütünün qalibi, "Vaduts" (Lixtenşteyn) / "Konyaspor" (Türkiyə) cütünün qalibi və "Vikinq" (Norveç) / "Sliqo Rovers" (İrlandiya) cütünün qalibi olacaq.
Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunu avqustun 18-də, cavab matçı isə avqustun 25-də matçı keçiriləcək. "Neftçi"nin "Rapid"lə ilk görüşü avqustun 4-də evdə, cavab qarşılaşması avqustun 11-də səfərdə olacaq.

30202 oxunub

InvestAZ