XƏBƏR LENTİ
03 Dekabr 2025
02 Dekabr 2025
01 Dekabr 2025
30 Noyabr 2025
29 Noyabr 2025
28 Noyabr 2025
27 Noyabr 2025



Ekvador dünya çempionatından kənarlaşdırılır
İdman 11:16 / 09.06.2022
Ekvador yığması Qətər-2022 dünya çempionatından kənarlaşdırılacaq. FIFA iyunun 10-da bu barədə qərarını açıqlayacaq. Ali futbol qurumu artıq Ekvadorun DÇ-2022-də iştirak etməyəcəyi, onun yerinin isə Çiliyə verilməsi barədə qərar qəbul edib.
Daha əvvəl bildirilib ki, Çili millisinin vəkili Eduardo Karpetso, müdafiəçi Bayron Kastilyonun kolumbiyalı olduğu üçün Ekvador yığmasında oynaya bilməyəcəyinə dair sübutlara malikdir. Vəkilin əldə etdiyi doğum haqqında şəhadətnamədə Kastilyonun Ekvadorda deyil, 1988-ci ildə Kolumbiyanın Tumako şəhərində doğulduğu göstərilib.
Qeyd edək ki, Qətərdə keçiriləcək dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək davam edəcək.

30205 oxunub

InvestAZ