XƏBƏR LENTİ
25 İyun 2022
24 İyun 2022
23 İyun 2022
22 İyun 2022
20 İyun 2022
16 İyun 2022
15 İyun 2022
14 İyun 2022
11 İyun 2022



“Bakı” komandası 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş turnirin qalibi oldu
İdman 18:09 / 08.06.2022
2005-2006-cı illər təvəllüdlü voleybolçu oğlanlar arasında keçirilən 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş açıq voleybol turnirinə yekun vurulub.
4 komandanın - "Masallı”, "Bakı”, "Sumqayıt” və "Cəlilabad” mübarizə apardığı yarış dairəvi sistemlə keçirilib.
Gərgin və maraqlı mübarizə şəraitində keçən görüşlərdən sonra 9 xal toplayan "Bakı” komandası turnirin qalibi adını qazanıb. Liderdən 3 xal az toplayan "Cəlilabad” voleybolçuları gümüş medallara layiq görülüblər. Aktivində 3 xal olan "Masallı” komandası isə bürünc medala sahib çıxıb.
Azərbaycan Voleybol Federasiyası və Masallı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən turnirin qaliblərinə kubok və diplomlar təqdim olunub. Mükafatları Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, Azərbaycan Voleybol Federasiyasının nümayəndəsi, oğlan voleybolçular üzrə seleksiyaçı məşqçi Yaqub Rəsulov və Masallı rayon rəsmiləri təqdim ediblər.

2618 oxunub

InvestAZ