XƏBƏR LENTİ
16 Noyabr 2025
15 Noyabr 2025
14 Noyabr 2025
13 Noyabr 2025
12 Noyabr 2025
11 Noyabr 2025



Yeniyetmə ağırlıqqaldıranlar Azərbaycan birinciliyində yarışacaqlar
İdman 10:20 / 11.05.2022
Mayın 13-də Ağır Atletika Akademiyasında yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyinə start veriləcək. Üç gün davam edəcək yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klublar, mərkəzlər, UGİM-ləri təmsil edən 150-yə yaxın gənc atlet qüvvəsini sınayacaq.

Yarışın keçirilməsində məqsəd ağırlıqqaldırma idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, respublikanın şəhər və rayonlarında, idman cəmiyyətlərində, klublarında və mərkəzlərində ağır atletika idman növünün inkişaf səviyyəsinin müəyyənləşdirilməsi, perspektivli yeniyetmə ağır atletlərin aşkar olunmasıından ibarətdir.

Azərbaycan birinciliyinə mayın 15-də yekun vurulacaq.

28398 oxunub

InvestAZ