XƏBƏR LENTİ
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026



“Qarabağ” Azərbaycan Premyer Liqasının qalibi oldu
İdman 08:13 / 04.05.2022
"Qarabağ” futbol klubu Azərbaycan Premyer Liqasında 2021-2022-ci il mövsümünün qalibi olub. Ağdam təmsilçisi XXV turda evdə "Sabah”la qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Bu nəticədən sonra "Qarabağ” klubu sona 3 tur qalmış 9-cu çempionluğunu rəsmiləşdirib.
Hesabı 47-ci dəqiqədə Kadi Borges açıb. Matçın 59-cu dəqiqəsində qırmızı vərəqə alan Patrik Andrade Ağdam klubunu azlıqda qoyub. Bundan maksimum yararlanan qonaqlar 1 dəqiqə sonra cərimə zərbəsindən tarazlığı bərpa ediblər. Kristian Silva fərqlənərək, yekun hesabı müəyyənləşdirib.
Bu nəticədən sonra xallarını 59-a çatdıran "Qarabağ” ən yaxın izləyicisi "Neftçi”ni 12 xal qabaqlayır. Qurban Qurbanovun baş məşqçi olduğu kollektivin ehtiyatda daha bir oyunu var. "Sabah” isə 36 xalla 4-cü pillədəki mövqeyini qoruyub.
Qeyd edək ki, turun açılış matçında "Şamaxı” evdə "Səbail”lə qolsuz heç-heçə edib. Tura bu gün keçiriləcək "Zirə” – "Qəbələ” və "Sumqayıt” – "Neftçi” görüşləri ilə yekun vurulacaq.

35653 oxunub

InvestAZ