XƏBƏR LENTİ
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
21 Fevral 2026
20 Fevral 2026



Elmar Babanlı: «İnanıram ki, bu turnirin qalibləri arasında daha mötəbər yarışların mükafatçılarını görəcəyik
İdman 10:13 / 17.04.2019


Belə turnirlərin keçirilməsi gənclərdə vətənpərvərlik hissinin və döyüş ruhunun aşılanması, onların Vətənin müdafiəsinə hazırlıq səviyyəsinin artırılması, idmançılar arasında dostluq və yoldaşlıq münasibətlərinin möhkəmləndirilmə baxımından çox vacibdir. İnanıram ki, bu turnirin qalibləri gələcəyin dünya, Avropa və Olimpiya Oyunlarının mükafatçıları olacaqlar. Bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı bildirib.
«Bu gün 2016-cı il Aprel döyüşlərində qəhrəmancasına həlak olmuş polkovnik-leytenant Raquf Orucovun və digər şəhidlərimizin xatirəsinə həsr olunmuş növbəti turnir keçirilir. 21 yaşınadək gənclər arasında keçirilən III "Raquf Orucov Kuboku” turniri artıq ənənəvi hal alıb. Yarışın keçirilməsinin əsas təşəbbüskarı «Judo Club 2012» klubudur. Azərbaycan Cüdo Federasiyası olaraq biz də bu turnirə təşkilatı dəstək veririk. Düşünürəm ki, torpaqlarının müəyyən qismi işğal altında olan bir dövlət üçün, böyüməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi üçün bu cür beynəlxalq idman yarışlarının təşkili olduqca vacibdir. Bu yarışda gənclərdən ibarət Azərbaycan yığma komandasının üzvləri də iştirak edirlər. İnanıram ki, bu turnirin qalibləri arasında biz daha mötəbər yarışların, dünya, Avropa və Olimpiya Oyunlarının mükafatçılarını görəcəyik», - deyə Elmar Babanlı qeyd edib.

52022 oxunub

InvestAZ