XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Olimpiya oyunlarının proqramına 33 idman növü daxil edilib
Olimpiya oyunları 16:48 / 16.04.2019


Yaponiyanın paytaxtı Tokioda 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarında yarış və tədbirlərin təqvimi açıqlanıb. Oyunların proqramına 33 idman növü daxil edilib. Olimpiadada ilk dəfə beysbol/softbol, karate, sörfinq, qayayadırmanma və skeytbordinq üzrə yarışlar olacaq.
Tokio-2020-nin açılış mərasimi iyulun 24-də keçiriləcək. Bundan iki gün öncə isə qadın futbolu və softbol üzrə yarışlara start veriləcək. İlk medal dəsti iyulun 25-də qadınlar arasında 10 metr məsafəyə pnevmatik tüfəngdən atəş yarışında sahiblərini tapacaq.
Ən çox final mərhələsi 1 avqust, 2 avqust və 8 avqustda olacaq. Həmin günlərdə müvafiq olaraq 21, 26 və 30 dəst medal sahibini tapacaq. Havaların isti keçəcəyi ilə əlaqədar əksər yarışlar səhər saatlarına təyin olunub.
Qeyd edək ki, "Tokio 2020” Yay Olimpiya Oyunlarının bağlanış mərasimi avqustun 9-da keçiriləcək.


43232 oxunub

InvestAZ