XƏBƏR LENTİ
02 Dekabr 2025
01 Dekabr 2025
30 Noyabr 2025
29 Noyabr 2025
28 Noyabr 2025
27 Noyabr 2025



Zəka sahibləri Naxçıvanda yarışacaqlar
İdman 12:19 / 21.01.2022

Azərbaycan Şahmat Federasiyasının təsdiqlədiyi plana əsasən kişi şahmatçılardan ibarət ölkə çempionatının tarixi məlum olub. Kişi şahmatçıların yarışı fevralın 5-də Naxçıvanda start götürəcək. İlin ilk şahmat yarışının Naxçıvan Şahmat Federasiyasının dəstəyi ilə keçirilməsində əsas məqsəd şahmatda daha böyük kütləviliyə nail olmaq, eyni zamanda, muxtar respublikada şahmata olan marağı artırmaqdır.

40 şahmatçının iştirakı ilə keçiriləcək Azərbaycan çempionatı iki mərhələdən ibarət olacaq. Birinci mərhələ İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. İlkin mərhələnin nəticəsinə əsasən 1-4-cü yerləri tutan şahmatçılar ikinci mərhələdə pley-off sistemi üzrə yarımfinal və finalda çempionu müəyyən edəcəklər.

Azərbaycan Şahmat Federasiyası ölkə çempionatında rəqabəti yüksəltmək məqsədilə mükafat fondunu artırmaq barədə qərar qəbul edib. İlk dəfə olaraq Azərbaycan çempionatının ümumi mükafat fondu 22 min manat təşkil edəcək.


28019 oxunub

InvestAZ