XƏBƏR LENTİ
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025



“Zanbaqlar ölkəsi”ndə final həyəcanı
İdman 12:25 / 19.01.2022
Bu gün futzal üzrə Avropa çempionatının final mərhələsinə start veriləcək. Niderlandda təşkil edilən həlledici mərhələnin ilk matçında Serbiya və Portuqaliya komandaları qarşılaşacaqlar. Oyun saat 20:30-da start götürəcək.
Turnirin rəsmi açılış mərasimi isə Niderland-Ukrayna görüşündən əvvəl baş tutacaq. Bu duel isə 23:30-da başlayacaq. Hər iki qarşılaşma Amsterdamdakı "Ziggo Dome” Arenasında keçiriləcək. Ümumiyyətlə, qitə birinciliyi Niderlandın iki şəhərində - Amsterdamda və Qroningendə təşkil olunacaq.
Sayca 6-cı dəfə bu mərhələdə iştirak edəcək millimiz mübarizəyə yanvarın 22-də başlayacaq. D qrupunun açılış matçında komandamız Gürcüstan yığması ilə üz-üzə gələcək. Bu görüş, eləcə də yanvarın 25-də keçiriləcək İspaniya - Azərbaycan qarşılaşması Qroningendəki "Martini Plaza”da baş tutacaq. İlk dəfə 16 komandanın iştirak etdiyi yarışda qrup mərhələsini ilk iki pillədə başa vuracaq milli komandalar dörddəbir finala vəsiqə qazanacaqlar.
Niderlandda tətbiq edilən qadağalarla əlaqədar yanvarın 25-dək keçiriləcək oyunlarda azarkeşlər iştirak etməyəcək. UEFA futzalçıların özlərini yalnız hiss etməməsi üçün tribunalarda fanatların maketini yerləşdirib. Yanvarın 25-dən sonra keçiriləcək oyunlarla bağlı isə Niderland hökumətinin qəbul edəcəyi qərarlara uyğun addım atılacaq.

25626 oxunub

InvestAZ