XƏBƏR LENTİ
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026



Gimnastika Federasiyasının 12-ci ümumi yığıncağı keçirilib
İdman 21:15 / 18.01.2022
Yanvarın 18-də Milli Gimnastika Arenasında Azərbaycan Gimnastika Federasiyasının (AGF) 12-ci ümumi yığıncağı keçirilib. Hesabat xarakteri daşıyan tədbirdə federasiyanın İcra Komitəsinin üzvləri, təsisçi qurumların və federasiya üzvlərinin nümayəndələri iştirak ediblər.
İclasda federasiyanın baş katibinin 2021-ci ildə gimnastika idman növlərində əldə olunan nailiyyətlər, gimnastlarımızın Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirakı, paytaxtımızda keçirilən beynəlxalq yarışlar və AGF-in beynəlxalq arenadakı uğurlarından bəhs edən hesabat məruzəsi dinlənilib.
Sonra AGF-in ötən il üzrə maliyyə hesabatı təqdim edilib.
Hesabatların təsdiqindən sonra federasiyanın fəaliyyəti ilə əlaqədar yığıncağın gündəliyində duran digər məsələlərə baxılıb.


32253 oxunub

InvestAZ