XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Masallıda açıq mini futbol turniri başa çatıb
İdman 13:48 / 17.01.2022
Masallı Rayon Gənclər və İdman İdarəsinin, Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş mini futbol üzrə açıq rayon turniri başa çatıb. Turnirə Masallı rayonundan 5, Bakı şəhərindən 3, Cəlilabad rayonundan isə 4 komanda qatılmışdı. Rayondakı "Viləş” mini futbol stadionunda yaşıl meydançaya çıxan 10-13 yaşlı futbolçular üç yaş qrupu üzrə yarışıblar. Yarışların yekun nəticəsinə görə 10 və 12 yaşlılar arasında Masallının UGİŞM, 13 yaşlılar arasında Bakının "Azəri” futbol klubu birinci olub. 10 yaşlardan ibarət Masallının "Azad” FK kollektivi ikinci, Cəlilabadın UGİŞM komandası isə üçüncü yerə layiq görülüb.
Yarış başa çatandan sonra qalib komandalara təşkilat komitəsinin kubok, diplom və medallar, məşqçilərə isə təşəkkürnamə və hədiyyələr verilib.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü

18093 oxunub

InvestAZ