XƏBƏR LENTİ
03 Mart 2026
02 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026



Novak Cokoviç Avstraliyadan deportasiya ediləcək 
İdman 11:42 / 16.01.2022
Avstraliya Federal Məhkəməsi dünyanın bir nömrəli tennisçisi Novak Cokoviçin vizasını ləğv edib. Məhkəmə serbiyalı tennisçinin koronavirusa qarşı peyvənd olunmadığı üçün belə qərar qəbul edib.
Onun yaxın saatlarda Avstraliyadan deportasiya ediləcəyi gözlənilir.
Bununla da Novak Cokoviç "Australian Open” turnirində iştirak edə bilməyəcək.
Xatırladaq ki, 34 yaşlı tennisçi "Böyük dəbilqə” turnirlərində 20 qələbə qazanıb. O, 9 dəfə "Australian Open”, 6 dəfə "Uimbldon”, 3 dəfə ABŞ açıq, 2 dəfə "Roland Qarros” turnirinin qalibi olub. Onun Peşəkar Tennisçilər Assosiasiyasının təşkilatçılığı ilə keçirilən turnirlərdə ümumilikdə 86 qələbəsi var. N.Cokoviç həm də Pekin Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır.


38904 oxunub

InvestAZ