XƏBƏR LENTİ
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
21 Fevral 2026
20 Fevral 2026



Şahmatçımız Çexiyada liderliyini davam etdirir
İdman 11:19 / 12.01.2022
Çexiyada şahmat üzrə "Praqa Open-2022” turnirində 6-cı turun oyunları keçirilib. Yarışda ölkəmizi təmsil edən Azər Mirzəyev bu tur onunla eyni xala malik olan niderlandlı Artur Piperslə qarşılaşıb. Liderlərin duelində qalib müəyyənləşməyib və tərəflər hərəyə yarım xalla kifayətləniblər. Şahmatçımız 6 turdan sonra 5,5 xalla niderlandlı Artur Piperslə birgə "Praqa Open-2022” turnirində birinci-ikinci yerləri bölüşürlər. Zəka sahibimiz əlavə əmsallara görə birinci pillədə qərarlaşıb.

Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən və 9 turdan ibarət olan yarışda 5-i qrossmeyster olmaqla, 185 şahmatçı iştirak edir.

33141 oxunub

InvestAZ