XƏBƏR LENTİ
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
21 Fevral 2026
20 Fevral 2026



“Qarabağ” qrup liderliyini əldən verdi
İdman 10:25 / 26.11.2021
Noyabrın 25-də UEFA Konfrans Liqasının qrup mərhələsi çərçivəsində beşinci turun oyunları keçirilib. Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Qarabağ” klubu doğma meydanda Kiprin "Omoniya” komandasını qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan oyunda qalib müyyənləşməyib -2:2. Danimarkalı FIFA referisi Morten Kroxun idarə etdiyi oyunda hesabı 43-cü dəqiqədə qonaqlar açıblar. Onbirmetrlik cərimə zərbəsindən sonra Mixal Dyuriş fərqlənib. Qarşılaşmanın 49-cu dəqiqəsində "Omoniya"nın futbolçusu Paris Pslatis topu səhvən öz qapısına göndərərək hesabı bərabərləşdirib. Oyunun 88-ci dəqiqəsində Ağdam təmsilçisinin futbolçusu Patrik Andrade fərqlənsə də qonaq komanda 90-cı dəqiqədə yenidən hesaba tarazlıq gətirib. Beləliklə, "Qarabağ" - "Omoniya" matçı 2:2 hesabı ilə başa çatıb.
Qrupun digər matçında isə İsveçrənin "Bazel" klubu səfərdə "Kayrat"ı 3:2 hesabı ilə məğlub edib.
Hazırda "Bazel" klubu 11 xalla birinci pillədə qərarlaşıb. Onunla eyni xala malik olan "Qarabağ" ikincidir. 3 xalı olan "Omoniya" üçüncü, 1 xalı olan "Kayrat" isə qrupda sonuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, UEFA Konfrans Liqasında qrup liderləri birbaşa səkkizdəbir finala yüksələcəklər. İkinci yeri tutan komandalar isə UEFA Avropa Liqasında qrupları üçüncü sırada başa vuran kollektivlərlə pley-off matçları oynayacaqlar.


30727 oxunub

InvestAZ