XƏBƏR LENTİ
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
21 Fevral 2026
20 Fevral 2026



Türkiyə millisi oyunlarını səfərdə keçirəcək - DÇ-2022
İdman 18:58 / 17.11.2021
2022-ci il futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkatmasının səbətləri və vaxtı müəyyənləşib. 10 qrup ikinciləri arasında ən yaxşı göstəriciyə malik 6 komanda səpələnmişlər səbətində yer alacaq. Bu kollektivlər pley-off matçlarına ev sahibliyi edəcəklər. Digər 4 qrup ikincisi və Millətlər Liqasından gələn 2 yığma isə səpələnməmişlər sırasında olacaq. Yeri gəlmişkən, Türkiyə millisi səpələnmədiyindən matçlarını səfərdə keçirəcək. Pley-off iştirakçısı olan 12 komanda üç "dördlük” təşkil edəcək. Yarımfinal və final görüşlərindən sonra dünya çempionatına yollanacaq daha üç yığma bəlli olacaq.
Qeyd edək ki, pley-off mərhələsinin püşkatması noyabrın 26-da, oyunları isə 2022-ci il martın 24-25-də və 28-29-da baş tutacaq.

30453 oxunub

InvestAZ