XƏBƏR LENTİ
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025



Sumoçularımızın Almaniya zəfəri
İdman 17:25 / 11.10.2021
Almaniyanın Brandenburq şəhərində sumo üzrə böyüklər arasında Avropa kuboku keçirilib.
Azərbaycan Sumo Federasiyasından "Olimpiya dünyası” qəzetinə verilən məlumata görə, yarışda 12 ölkəni təmsil edən 150-dən çox idmançı qüvvəsini sınayıb.
Yarışda ölkəmizi Azərbaycan Sumo Federasiyasının prezidenti Samir Abdullayevin rəhbərliyi altında Məhərrəm Eyvazov (70 kq) və Cavid Mustafayev (77 kq) təmsil edib. Hər iki sumoçumuz bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Məhərrəm Eyvazov (70 kq) ardıcıl Fransa, Almaniya, Macarıstan idmançılarına qalib gələrək finala vəsiqə qazanıb. İdmançımız həlledici görüşdə polşalı sumoçu üzərində də qələbə qazanaraq qızıl medala sahib çıxıb. Digər medalçımız Cavid Mustafayev (77 kq) isə Macarıstan, İtaliya, Almaniya və Ukrayna rəqiblərinə qalib gələrək Almaniyada çempion adına layiq görülüb. Komandamız bu nəticə ilə ümumi medal hesabında üçüncü pillədə yer alıb.
Qeyd edək ki, Avropa kubokunda beynəlxalq dərəcəli hakimimiz Rəsul Həsənov ədaləti qoruyub.

35080 oxunub

InvestAZ