XƏBƏR LENTİ
12 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025



Məktəblilər arasında şahmat turnirinin açılış mərasimi olub
İdman 15:00 / 08.10.2021
Mərhum gənclər və idman naziri, görkəmli ictimai-siyasi xadim Azad Rəhimovun xatirəsinə həsr edilmiş şahmat turnirinin açılış mərasimi olub.
Məktəblilər arasında təşkil edilən turnirin açılışından əvvəl nazirliyin rəhbərliyi və kollektivi, eləcə də tədbir iştirakçıları İkinci Fəxri xiyabanda Azad Rəhimovun xatirəsini yad edib, məzar önünə əklil və gül dəstələri qoyublar.
Bakıdakı 132-134 saylı Təhsil Kompleksinin akt zalında keçirilən açılış mərasimində əvvəlcə Azad Rəhimov haqda hazırlanmış qısametrajlı film nümayiş olunub.
Sonra Təhsil Kompleksinin direktoru Sara Xanlarova, gənclər və idman naziri Fərid Qayıbov, təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov, Məktəb İdmanları Federasiyasının prezidenti Sevinc Hüseynova çıxış ediblər.
Yarışa qonaqlarla nazirin ailə üzvlərinin ilk şahmat gedişi etməsi ilə start verilib.
Sonra Azad Rəhimovun vaxtilə təhsil aldığı bu məktəbdə yaradılmış xatirə guşəsinə baxış keçirilib.
Qeyd edək ki, oktyabrın 8-də - Azad Rəhimovun doğum günündə start verilən turnir 3 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində ayın 15-dək davam edəcək. Klassik turnirdə 9 rayon və şəhərdən 16 yaşadək 100-dən çox məktəbli şahmatçı yarışacaq.

34758 oxunub

InvestAZ