XƏBƏR LENTİ
01 Noyabr 2025
31 Oktyabr 2025
30 Oktyabr 2025
29 Oktyabr 2025
28 Oktyabr 2025
27 Oktyabr 2025
24 Oktyabr 2025
23 Oktyabr 2025
22 Oktyabr 2025



“Gəncə Vətən Müharibəsində” kitabı işıq üzü görüb
İdman 11:03 / 06.04.2021
"Gəncə Vətən Müharibəsində” kitabının ilkin versiyasının təqdimatı keçirilib. Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təşkil olunan tədbirdə Baş İdarənin rəisi Həmid Nəsirov, "Gəncə Vətən Müharibəsində” kitabının müəllifi Ruhulla Zahidov, Gəncə İdman Liseyinin direktoru Mehman Allahverdiyev və Vətən Müharibəsində qəhrəmancasına döyüşən idmançılar iştirak ediblər.
Tədbirdə çıxış edən Həmid Nəsirov Gəncənin 44 günlük Vətən Müharibəsi dövründə əzm və qətiyyət göstərməsindən və Gəncənin vətənpərvər idmançı oğullarından söz açıb.
Sonra çıxış edən "Gəncə Vətən Müharibəsində” kitabının müəllifi Ruhulla Zahidov göstərilən diqqət və qayğıya görə öz təşəkkürünü bildirib.
Tədbirin sonunda Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin nəzdində Uşaq Gənclər İdman Məktəbinin cüdo üzrə məşqçi müəllimi Cavad Nəhmədov Vətən müharibəsində göstərdiyi yüksək vətənpərvərliyinə görə Baş İdarə rəhbərliyi tərəfindən fəxri fərmanla təltif edilib.

42677 oxunub

InvestAZ