XƏBƏR LENTİ
21 Aprel 2021
20 Aprel 2021
19 Aprel 2021
14 Aprel 2021
13 Aprel 2021
12 Aprel 2021



Batutçularımızın Belarus uğuru
İdman 12:00 / 30.03.2021
Azərbaycanın batut gimnastikası üzrə yığma komandasının üzvləri Belarusun Vitebsk şəhərində keçirilən beynəlxalq yarışda uğurla çıxış ediblər. Yarışlarda 13 yaşlı yeniyetmə batutçularımız böyüklər yaş kateqoriyasında müvəffəqiyyətlə çıxış ediblər. Sinxron proqramda çıxışlarını nümayiş etdirən yeniyetmə gimnastlarımız Maqsud Maqsudov və Hüseyn Abbasov Olimpiada iştirakçıları ilə yarışaraq böyüklər arasında üçüncü nəticə göstəriblər.
M.Maqsudov fərdi proqramda da uğurla çıxış edib. O, Olimpiya çempionu Vladislav Qonçarovla eyni yaş kateqoriyasında yarışaraq, finalda yeddinci olmağı bacarıb. Bununla da təkcə məşqçi və hakimlərin deyil, gimnastların da rəğbətini qazanıb. Belə ki, Olimpiada qalibi V.Qonçarov onu təbrik edərək, "Sən mütləq Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarında medal qazanmalısan”, - deyə bildirib.
Digər yeniyetmə gimnastımız H.Abbasov də fərdi proqramda böyüklər arasında yarışıb və 14-cü olub.
Ölkəmizi qadınların yarışında təmsil edən Selcan Maqsudova isə beşinci olub.

1040 oxunub

InvestAZ