XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Rəsm müsabiqəsinin təqdimatı olub
Olimpiya oyunları 14:02 / 20.03.2019

Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) "Olimpiya mədəniyyəti və təhsil proqramı” çərçivəsində "İdman – sağlamlıq, dostluq, birlik...” mövzusunda keçiriləcək rəsm müsabiqəsinin təqdimatı olub. Müsabiqə proqram çərçivəsində seçilmiş 49 məktəb arasında həyata keçirilir və Avropa Gənclərinin 15-ci Yay Olimpiya Festivalına həsr olunub. Müsabiqənin təşkilatçıları MOK, Təhsil Nazirliyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzidir. Rəsm müsabiqəsinin əsas məqsədi Avropa Gənclər Yay Olimpiya Festivalı vasitəsilə məktəblilər arasında Olimpiya dəyərlərini və ideyalarını təşviq etmək, onların festivala dair fikirlərini öyrənməkdir. Müsabiqədə 6-10 və 11-14 olmaqla iki yaş kateqoriyasında məktəblilər iştirak edə bilərlər.
Təqdimatda 49 məktəbin direktoru, Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, MOK-un məsul şəxsləri və proqramın işçi heyəti iştirak edib.
MOK-un marketinq şöbəsinin rəisi Mehman Kərimov, Təhsil Nazirliyinin tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdir müavini Elnur Əliyev, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəhbəri Lalə Qəti rəsm müsabiqəsinin məqsəd və vəzifələri, qaydaları haqqında iştirakçılara ətraflı məlumat veriblər.
M.Kərimov qeyd edib ki, ilk dəfə olaraq bu müsabiqədə qaliblər təkcə münsiflər heyətinin qərarı ilə deyil, həm də sosial şəbəkələrdə toplanmış səslərə əsasən müəyyən ediləcək.
Layihə dörd mərhələdən ibarət olacaq. İlk mərhələdə məktəblər daxili rəsm müsabiqəsini keçirəcək və seçilmiş ən yaxşı rəsm əsərlərini ikinci mərhələdə iştirak üçün 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinə təqdim edəcək. Bu mərhələ üçün qəbul edilmiş işlər @OCEP2019-a məxsus "Facebook” səhifəsində ictimai qiymətləndirmə üçün yayımlanacaq. Sonra münsiflər heyəti rəsm işlərini qiymətləndirəcək. Hər iki qiymətləndirmənin ümumi nəticəsi qalibləri müəyyən etməyə imkan verəcək.

37066 oxunub

InvestAZ