XƏBƏR LENTİ
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Çempionlar Liqası: daha 3 iştirakçı 1/8 finala vəsiqəni təmin edə bilər
İdman 16:46 / 25.11.2020
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura yekun vurulacaq. Son oyun günündə A, B, C və D qruplarında ümumilikdə 8 qarşılaşma oynanılacaq.

A qrupunda Almaniyanın "Bavariya" klubu 1/8 finala vəsiqəni bu tur rəsmiləşdirə bilər. 3 oyundan maksimum xal toplayan "pivəçilər” evdə "Zalsburq"u məğlub edəcəyi halda adını pley-offa yazdıracaq. Qrupun digər görüşündə İspaniyanın "Atletiko" komandası Rusiyanın "Lokomotiv" (Moskva) klubunu qəbul edəcək.

Gecənin maraqlı oyunlarından biri B qrupunda təşkil olunacaq. İtaliyanın "İnter" klubu doğma meydanda cari mövsüm turnirdə elə də uğurlu çıxış etməyən İspaniyanın "Real Madrid" komandası ilə qarşılaşacaq.

C qrupunda İngiltərənin "Mançester Stii" klubu Yunanıstanda "Olimpiakos"un qonağı olacaq. "Şəhərlilər" rəibinə qalib gələrək, sona 2 tur qalmış 1/8 finala vəsiqəni təmin edə bilərlər.

D qrupunda isə Çempionlar Liqasının son qalibi İngiltərənin "Liverpul" komandası İtaliyanın "Atalanta" klubu ilə qarşılaşacaq. Qələbə qazanacaqları təqdirdə merisaydlıların qrupdan çıxmağı rəsmiləşəcək.

38040 oxunub

InvestAZ