XƏBƏR LENTİ
04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026



Respublika turnirinin qalibləri mükafatlandırıldı
İdman 14:09 / 13.09.2020
Şəkidə keçirilən və şəhid general-mayor Polad Həşimovun xatirəsinə həsr olunan stolüstü tennis üzrə respublika turnirinin qalibləri müəyyənləşib. Şəki Olimpiya İdman Kompleksinin ərazisində açıq havada oğlanlar və qızlar arasında keçirilən yarışda 10 qız və 10 oğlan komandası mübarizə aparıb. Yarışda oğlanlar arasında ən yüksək nəticəni Şəki komandası göstərib. İkinci və üçüncü yerləri müvafiq olaraq Balakən və Qax rayonlarının stolüstü tennisçiləri qazanıblar. Qızların mübarizəsində ilk üçlükdə Qax, Balakən və Şəki tennisçiləri qərarlaşıblar.
Sonda qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

36167 oxunub

InvestAZ