XƏBƏR LENTİ
01 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
21 Fevral 2026



Qadın futbolçu kişilər ilə oynayacaq
İdman 11:15 / 11.09.2020
Qadın futbolçu Yuki Naqasato növbəti mövsümdə Yaponiyanın "Hayabusa Eleven” klubunun ikinci divizionunun kişi komandasında oynayacaq. Avropada belə hadisələr baş versə də, Yaponiyada bu ilk dəfə yaşanır. 33 yaşlı Y.Naqasato kişilərlə birlikdə eyni komandada oynayacaq ilk yaponiyalı qadın olacaq. Xanım futbolçu Amerikanın "Çikaqo Red Stars” klubundan icarə hüququ ilə Yaponiya klubuna keçib.
Xatırladaq ki, avqust ayında Niderland çempionatının dördüncü divizionunun təmsilçisi "Foarut” 19 yaşlı Ellen Fokkemlə müqavilə imzalayıb.
Qeyd olunur ki, eksperiment futbolda bərabərliyin inkişafına kömək etmək məqsədi daşıyır.
Qeyd edək ki, Yuki Naqasato 2017-ci ildən ABŞ-da oynayır. Onun çempionat ərzində 52 oyunda meydana çıxıb. 2019-cu ildə o, səkkiz qol vurub və eyni sayda qol ötürməsi ilə yadda qalıb. Yuki Naqasato 2011-ci ildə futbol üzrə dünya çempionu adını qazanıb.

51489 oxunub

InvestAZ