XƏBƏR LENTİ
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025



Beynəlxalq turnirdə qaliblər müəyyənləşdi
İdman 14:24 / 03.08.2020

"Open Azerbaijan” Beynəlxalq virtual kata turnirinin qalibləri müəyyənləşib. Azərbaycan Milli Karate Federasiyasından verilən məlumata görə, Elnurə Əzimzadə ("Arpaçay” klubu, 8-9 yaş uşaqlar), Şəlalə Rüstəmova ("Qara-Qaplan” klubu, 10-11 yaş uşaqlar) və Həsənəli Həsənov ("Avey” klubu, 16-17 yaş gənclər) turnirin qalibi olublar.

Murad Cəfərli ("İnam” klubu, 16-17 yaş gənclər) gümüş medala, Akif Babayev ("Qara Qaplan” klubu) və Elməddin Səlimli ("Arpaçay” klubu, hər ikisi 8-9 yaş uşaqlar), Aleksey Lapayev ("Arpaçay” klubu, 10-11 yaş uşaqlar), Elcan Həsənov ("Avey” klubu) və Əli Məmmədli ("Arpaçay” klubu, hər ikisi 12-13 yaş uşaqlar), Emin Namazov (Qazax rayonu) və Mirtalıb Talıbov (Salyan rayonu, hər ikisi 16-17 yaş gənclər), Humay Əmrahlı (Şəki rayonu, 8-9 yaş uşaqlar) və Ramilə Heydərova ("Arpaçay” klubu) isə bürünc mükafata layiq olublar.
İlk Beynəlxalq "Open Azerbaijan” virtual turnirində 9 ölkədən 26 klubu təmsil edən 76 idmançı iştirak edib.


27212 oxunub

InvestAZ