XƏBƏR LENTİ
27 Noyabr 2025
26 Noyabr 2025
25 Noyabr 2025
24 Noyabr 2025
23 Noyabr 2025
21 Noyabr 2025



Lukas Oqonovski: “Ölkənizdə belə qonaqpərvərliyi gözləmirdim”
Mədəniyyət 16:52 / 01.03.2019


Dünya turuna çıxan polşalı veloturist Lukas Oqonovski Azərbaycan Velosiped İdmanı Federasiyasının qonağı olub. Peşəsi ingilis dili müəllimi olan 38 yaşlı qonaq bu vaxta qədər dünyanın 56 ölkəsində olub və 53 min km məsafə qət edib.
Yeniyetmə və gənc velosipedçilərlə, həmçinin məşqçilərlə görüş zamanı polşalı turist ölkəmizdə ilk dəfə olduğunu deyib:
"Azərbaycanda yüksək qonaqpərvərliyin şahidi oldum. Adətən gecəni yollarda öz çadırımda keçirirəm. Sərhədi keçdikdən sonra Böyükkəsik kəndində sakinlər məni evə dəvət etdilər, gecəni çadırda keçirməyə qoymadılar. Doğrusu belə münasibəti, qonaqpərvərliyi gözləmirdim. Ölkənizin təbiəti də çox xoşuma gəldi. İstəyirəm ki, sizin dili, mədəniyyətinizi öyrənim”.
Azərbaycana səfərini başa vurduqdan sonar dəniz vasitəsilə Qazaxıstana keçməyi planlaşdıran Lukas Oqonovski Asiya ölkələrinə, hətta Filippinə qədər getməyi düşünür. Görüşün sonunda polşalı qonaq velosipedçilərin suallarını cavablandırıb.


63310 oxunub

InvestAZ