XƏBƏR LENTİ
01 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
21 Fevral 2026



Millətlər Liqası: Yeni təqvim müəyyənləşdi
İdman 11:24 / 27.06.2020

Futbol üzrə Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının 2020/2021-ci il mövsümündə keçirəcəyi oyunların yeni təqvimi müəyyənləşib. C Liqasının birinci qrupunda yer alan komandamız mübarizəyə sentyabrın 5-də doğma meydanda Lüksemburqu qəbul etməsi ilə başlayacaq.​​ Üç gün sonra futbolçularımız səfərdə Kipr komandasının qonağı olacaqlar. Oktyabrın 10-da Monteneqro millisi yığmamızı qəbul edəcək. Üç gün sonra milli komandamız Kipr, noyabrın 14-də Monteneqro ilə Bakıda üz-üzə gələcək. Noyabrın 17-də Azərbaycan–Monteneqro oyunu keçiriləcək.


39483 oxunub

InvestAZ