XƏBƏR LENTİ
01 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
21 Fevral 2026



Üçqat dünya çempionu okeanda batdı
İdman 15:56 / 25.06.2020

ABŞ-ın paralimpiyaçı avarçəkəni​ Anjela Medsen dünyasını dəyişib.​

İdmançı təkbaşına Sakit okeanı​ qayıqla keçməyə​ çalışıb. Sahil mühafizəçisi onu​ ölü halda​ aşkarlayıb. Həmin vaxt idmançının bədəni qayığa bağlı vəziyyətdə olub. ​

O, Sakit Okeanı keçən ilk qadın paralimpiyaçı olaraq, rekord müəyyənləşdirmək istəyib. Medsen bunu bacarsaydı, ən yaşlı qadın idmançı kimi nəticə göstərmiş olacaqdı.​

Qeyd edək ki,​ Anjela Medsen paralimpiyaçılar arasında​ üçqat dünya çempionudur.​ Tanınmış idmançı nüvə itələmə növündə də çıxış edib və 2012-ci il London Yay Paralimpiya Oyunlarının bürünc mükafatçısı olub


29012 oxunub

InvestAZ