XƏBƏR LENTİ
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
21 Fevral 2026
20 Fevral 2026



AMPK-nın iclasında mühüm qərarlar qəbul edilib
İdman 15:18 / 03.06.2020

Bu gün Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (ARMPK) videokonfrans şəklində ümumi yığıncağı keçirilib. Yığıncaqda bir sıra məsələlər müzakirə edilib. Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov yığıncaq iştirakçılarına müraciətindən sonra gündəmdə olan məsələlər müzakirə edilib. Müzakirələrdə ARMPK-nın vitse-prezidenti İlham Zəkiyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin direktoru Rəhilə Həsrətova, ARMPK-nın üzgüçülük idman növü üzrə baş məşqçisi Alaverdi Culfayev, Boccia İdman Federasiyasının baş katibi İlham Məhərrəmov və "İstedadlı Əlillər” İctimai Birliyinin sədri Cavad Qasımov çıxış ediblər. Səs vermə nəticəsində Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Milli Abilimpiya Federasiyasının yaradılmasında təsisçi kimi iştirakı və "Azərbaycan Respublikası Müyəssərliyin Qiymətləndirilməsi Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılmasında təsisçi kimi iştirakı qərarları qəbul olunub.

30222 oxunub

InvestAZ