Bu gün Almaniya Bundesliqasında 28-ci tura yekun vurulub. Keçirilən 5 qarşılaşma arasında maraqlı nəticələr qeydə alınıb. Turnir cədvəlində yüksək yerlər uğrunda yarışan "Leypsiq" yenidən xal itirib. "Fortuna" "Şalke"yə, "Hoffenhaym" isə "Köln"ə qalib gəlib.
Almaniya Bundesliqası
XXVIII tur
Leypsiq - Herta - 2:2
Qollar: Klosterman, 24, Şik, 68 -Grujiç, 9, Pyatek, 82 (p)
Ausburq - Paderborn - 0:0
Fortuna - Şalke - 2:1
Qollar: Henninqs, 63, Karaman, 68-Makkenie, 53.
Hoffenhaym - Köln - 3:1
Qollar: Baumqartner, 11, 46, Zuber, 49 - Kaynts, 60
Yunion - Maynts -1:1
Qollar: İnqvarten, 33 - Baku, 13
16965 oxunub