XƏBƏR LENTİ
04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026



Uelsdə çempion vaxtından əvvəl müəyyənləşdi
İdman 14:00 / 20.05.2020
Uels Futbol Assosiasiyası koronavirusa görə dayandırılan milli çempionata yekun vurulması haqda qərar qəbul edib. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Federasiyanın bayrağı altında keçirilən dörd liqanın hamısında mövsümə vaxtından əvvəl yekun vurulduğu açıqlanıb. Klublar fərqli sayda oyun keçirdiyi üçün onların topladığı xallar orta hesabla sayılıb. Yüksək Liqada "Konnas Kuey" 26 turdan sonra 56 xalla birinci olub və çempion elan edilib. Bu, klubun tarixində ilk çempionluğudu. Çempion olduğu üçün bu klub Uelsi UEFA Çempionlar Liqasında təmsil etmək hüququ qazanıb. 2-ci və 3-cü yerləri tutan TNS və "Bala Taun" klubları Avropa Liqasında mübarizə aparacaq.
Qeyd edək ki, bundan əvvəl Avropa ölkələrindən Fransa, Belçika, Cəbəllütariq və Şotlandiyada liqaya yekun vurulmuş, Niderlandda isə mövsüm ləğv edilmişdi.


30950 oxunub

InvestAZ