XƏBƏR LENTİ
02 İyun 2025
01 İyun 2025
30 May 2025
29 May 2025
28 May 2025
27 May 2025
26 May 2025



"Könül dünyasının rəngli arzuları"
Mədəniyyət 20:00 / 22.02.2019

Fevralın 22-də "EminQ" art-studioda gənc rəssam Könül Məmmədlinin fərdi sərgisi keçirilib. "Könülün dünyası" adlı sərgidə rəssamın müxtəlif janrlarda yağlı boya ilə çəkilmiş rəsmləri nümayiş olunub. 
Qeyd edək ki, Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 3 saylı Respublika xüsusi internat məktəbinin X sinif şagirdi olan Könül Məmmədli 2013-cü ildən etibarən Respublika müsabiqələrində iştirak edir. Belə ki, o, Azərbaycan Gənclər Fondu və ATGTİ-nin təşkilatçılığı ilə keçirilən "Çirkli rəsm", " Beynəlxalq İnsan Hüquqları günü"nə həsr olunmuş "Mən və hüquqlarım", Azərbaycan Respublikası Təhsil Nazirliyi və Fövqəladə Hallar Nazirliyi tərəfindən keçirilən "Fövqəladə Hallar uşaqların gözü ilə" və digər müsabiqələrdə birinci yeri tutub. Tanınmış rəssam Emin Qəhrəmanov tələbəsi olan Könül hazırda "EmArt" studiyasında öz istedadını təkmilləşdirir. 
Xatırladaq ki, sərgi 3 gün davam edəcək.

68851 oxunub