XƏBƏR LENTİ
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025



Federasiya tərəfindən Xızıda aztəminatlı ailələrə yardım paylanılıb
Gündəm 15:56 / 19.04.2020

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə Heydər Əliyev Fondunun başladığı sosial aksiya davam edir.
"Biz birlikdə güclüyük” şüarı ilə keçirilən aksiyanın məqsədi karantin rejimi dövründə aztəminatlı və digər həssas kateqoriyadan olan ailələri və onlara sosial yardım göstərmək istəyən şəxsləri bir araya gətirmək və bu işdə vətəndaş həmrəyliyini genişləndirməkdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin başladığı bu sosial aksiyaya qoşulanların sayı artmaqdadır. Bu işdə idman federasiyaları da yaxından iştirak edirlər. Belə bugünlərdə Azərbaycan Milli İdman Növləri Assosiasiyasının (AMİNA) 1-ci vitse-prezidenti, əməkdar məşqçi Kazım Qurbanovun təşəbbusu və rəhbərliyi ilə Xızı rayonunda yardım kampaniyası keçirilmişdir. Rayonun Xələnc, Giləzi, Tıxlı, Baxşılı, Təzə kənd, Bəy Əhməd yurdu, Yarımca, Qara bulaq kəndlərində, eləcə də Xızı şəhərində aztəminatlı ailələrə yardım bağlamaları paylanılıb.

55611 oxunub

InvestAZ