XƏBƏR LENTİ
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
21 Fevral 2026
20 Fevral 2026



Futbolçu hərbi xidmətə yollandı
İdman 13:59 / 03.04.2020
 
"Tottenhem"in cənubi koreyalı futbolçusu Son Hın Min koronavirus pandemiyası ilə əlaqədar karantində olduğu İngiltərəni tərk edərək vətəninə qayıdıb.
"Olimpiya dünyası" qəzeti "Daily Telegraph"a istinadən xəbər verir ki, o, hərbi xidmət üçün ölkəsinə yollanıb. İngiltərə Premyer Liqasında yaranan fasilədən istifadə edən 27 yaşlı hücumçu aprelin sonunda başlayacaq və dörd həftə davam edəcək hərbi xidmətdə olacaq.
Qeyd edək ki, Son Hın Min 2018-ci ildə milli komanda ilə birgə Asiya Oyunlarında qızıl medal qazandığı üçün orduda 21 aylıq xidmət müddəti 1 ayla əvəzlənib.


46476 oxunub

InvestAZ