XƏBƏR LENTİ
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025



Karate yenidən Yeniyetmələrin Yay Olimpiya Oyunlarının proqramına daxil edildi
İdman 10:33 / 05.12.2019


Beynəlxalq Olimpiya Komitəsinin (IOK) İcraiyyə Şurası karatenin 2022-ci ildə Yeniyetmələrin Yay Olimpiya Oyunlarının proqramına yenidən daxil edilməsi ilə bağlı qərar qəbul edib.
Seneqalın paytaxtı Dakarda Yeniyetmələrin Yay Olimpiya Oyunlarında karatenin kumite yarışları oğlan və qızların hər birində 3 çəki dərəcəsi üzrə keçiriləcək.
İştirakçıların sayı isə 8-dən 12-dək artırılacaq. Yarış oktyabrın 21-dən noyabrın 15-dək keçiriləcək.
Xatırladaq ki, karate ilk dəfə 2018-ci ildə Buenos-Ayresdə Yeniyetmələrin Olimpiya Oyunlarının proqramında yer alıb. Keçən yarışda hər çəki dərəcəsində 8 idmançı iştirak etmişdi.


27290 oxunub

InvestAZ