XƏBƏR LENTİ
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025



Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Macarıstanın Baş Naziri ilə görüşüb
İdman 13:16 / 01.12.2019

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Macarıstanın Baş Naziri Viktor Orbanla görüşüb. Beynəlxalq qurumun mənzil qərargahında keçirilən görüşdə Tokio-2020 Yay Olimpiya Oyunlarına hazırlıq məsələləri müzakirə olunub.
Macarıstanın Baş Naziri T.Baxa təşəkkür edərək onun rəhbərlik etdiyi qurumun dünyada nəcib missiya həyata keçirdiyini bildirib.
Qarşıdan gələn olimpiadaya hazırlıq məsələlərinin müzakirə olunduğu görüşdə qitədə idmanın inkişafı naminə Avropa idman modelinin qorunmasının vacibliyindən də danışılıb. Onlar Macarıstanda və paytaxt Budapeştdə keçiriləcək bir sıra yüksək səviyyəli idman tədbirləri, o cümlədən qarşıdakı dünya və Avropa çempionatları ilə bağlı fikir mübadiləsi aparıblar.
Görüşdə BOK-un üzvləri, Olimpiya çempionları Daniel Gyurta (üzgüçülük) və Pal Şmit (qılıncoynatma) iştirak ediblər.
Qeyd edək ki, Pal Şmit 2010-2012-ci illərdə Macarıstanın prezidenti olub.

28258 oxunub

InvestAZ