XƏBƏR LENTİ
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
21 Fevral 2026
20 Fevral 2026



Həndbol üzrə XXVII Azərbaycan çempionatı sabah başlayır
İdman 15:58 / 08.10.2019


Oktyabrın 9-da həndbol üzrə növbəti Azərbaycan çempionatına start veriləcək.
Budəfəki yarışlarda səkkiz komanda bacarığını nümayiş etdirəcək.
Kişilərin çempionatında "Məhsul”, "Bakı”, "Təhsil” və "U-18” qələbə uğrunda mübarizə aparacaq. Qadınların yarışında isə "Azəryol”, "Azərsu”, "Qarabağ” və "İdman Akademiyası” kollektivləri qüvvəsini sınayacaq.
XXVII Azərbaycan çempionatı oktyabrın 9-da saat 13:00-da "Azərsu” – "Azəryol” görüşü ilə başlanacaq. Həmin gün saat 15:00-da "Qarabağ” komandası "İdman Akademiyası” ilə üz-üzə gələcək.
Kişilərdən ibarət komandaların mübarizəsinə isə oktyabrın 12-də start veriləcək. Həndbol həvəskarları ilk turda "Təhsil”- "Məhsul” və "Bakı” – "U-18” qarşılaşmalarını izləyə biləcəklər. Görüşlər müvafiq olaraq saat 17:00 və 19:00-da başlanacaq.
Qeyd edək ki, Azərbaycan çempionatının oyunları "ABU Arena”da keçiriləcək.

32854 oxunub

InvestAZ