XƏBƏR LENTİ
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024
20 Aprel 2024



Bilet satışı ilə bağlı lotereyanın nəticələri açıqlanıb
Olimpiya oyunları 11:18 / 02.10.2019

Tokio-2020 Yay Olimpiya və Paralimpiya oyunlarının təşkilat komitəsi oktyabrın 2-də "ticket.tokyo2020.org” rəsmi saytında Paralimpiya Oyunları üçün bilet satışı ilə bağlı lotereyanın nəticələrini elan edib.
Lotereyada uğur qazanan şəxslərə elektron poçt vasitəsilə də məlumat göndəriləcək. Biletləri onlayn qaydada əldə etmək istəyənlər oktyabrın 15-də saat 23:59-dək, nağd şəkildə almaq istəyənlər isə oktyabrın 17-də saat 23:59-dək müvafiq satış məntəqələrinə müraciət etməlidirlər.
Bilet əldə etmək istəyən Yaponiya sakinləri üçün növbəti lotereya gələn ilin əvvəllərində keçiriləcək. Olimpiya Oyunlarında olduğu kimi, gələn ilin yazında Tokioda qalan biletləri alıcılara təklif edəcək köşklər açılacaq.
Xatırladaq ki, Tokioda Paralimpiya Oyunları 2020-ci il avqustun 25-dən sentyabrın 6-dək keçiriləcək. Həmin yarışlarda təqribən 4400 idmançının iştirak edəcəyi gözlənilir. Tokio Paralimpiya Oyunlarının ikinci dəfə keçiriləcəyi ilk şəhər olacaq.

37197 oxunub

InvestAZ