XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



“Moskva Open” beynəlxalq turnirində uğurlu nəticə
İdman 17:09 / 26.09.2019

Sentyabrın 22-də Rusiyanın paytaxtı Moskvada Braziliya ciu-citsusu üzrə Moskva Open beynəlxalq turniri keçirilib. Yarışda "Judo Club 2012”nin təmsilçiləri də mübarizə aparıblar. Məşqçi Ceyhun Quluzadənin rəhbərliyi altında klubun 6 idmançısı turnirdə qüvvəsini sınayıb. Komandamız beynəlxalq yarışda uğurla çıxış edib.
Klubun üzvlərindən Ayaz Süleymanov gi versiyası (kimano) üzrə 94 kq çəki dərəcəsində bürünc, mütləq çəkidə gümüş medal qazanıb. A.Süleymanov no gi versiyası (kimanosuz) üzrə yarışlarda da uğurla çıxış edib. O, bu versiya üzrə həm 94 kq çəkidə, həm də mütləq çəkidə qızıl medala layiq görülüb. Digər idmançımız Mehman Fətəliyev gi versiyası üzrə 94 kq çəkidə qızıl, mütləq çəkidə bürünc medala sahib çıxıb. M.Fətəliyev no gi versiyası üzrə yarışda isə 94 kq çəki dərəcəsində birinci yeri tutub.
"Judo Club 2012”nin digər təmsilçisi Vüsal Eynullayev gi versiyası üzrə həm 77 kq çəki dərəcəsində, həm də mütləq çəkidə bürünc medala yiyələnib.
Gi versiyası üzrə yarışlarda klubun digər üzvlərindən Zaur Həşimov (88 kq) qızıl, Müşfiq Əlili (88 kq) və Zaman Qəhrəmanov (94 kq) isə bürünc medala sahib çıxıb.

24193 oxunub

InvestAZ