XƏBƏR LENTİ
29 Oktyabr 2025
28 Oktyabr 2025
27 Oktyabr 2025
24 Oktyabr 2025
23 Oktyabr 2025
22 Oktyabr 2025
21 Oktyabr 2025



Həbib Nurməhəmmədov Porye ilə döyüşdən 6 milyon dollar qazanacaq
İdman 17:33 / 05.09.2019

Mütləq Döyüş Çempionatının (UFC) qalibi Həbib Nurməhəmmədov amerikalı Dastin Porye ilə döyüşə görə 6 milyon dollardan çox pul qazanacaq.
Bu barədə idmançının məşqçisi və atası Əbdülmanap Nurməhəmmədov deyib.
Həbib Nurməhəmmədov bundan öncə irlandiyalı Konor Makqreqorla döyüşə görə baza qonorarı qismində 2 milyon dollar almışdı.
"İki milyon dollar bizim üçün çox azdır, çünki hazırda daha yaxşıyıq. Biz ən yaxşıları məğlub etmişik və ən yaxşılarla yenə də döyüşməyə hazırıq. Populyar olduğumuzu bilirik. Zala daxil olanda görəcəksiniz Poryeni necə qarşılayırlar, Həbibi necə”, - deyə çempionun atası bildirib.
Dağıstanlı döyüş ustası 2018-ci ilin aprelində amerikalı El Yakvinta ilə mübarizədə çempionluq kəmərini qazanıb və həmin ilin oktyabrında irlandiyalı Konor Makqreqorla uğurlu döyüş keçirərək bu adı qoruyub. Ümumilikdə isə 30 yaşlı Nurməhəmmədov indiyədək 27 qələbə qazanıb və bir dəfə də olsun məğlubiyyətə uğramayıb.
Xatırladaq ki, Həbib Nurməhəmmədov və Dastin Porye arasında döyüş sentyabrın 7-də Əbu-Dabi şəhərində baş tutacaq.

37042 oxunub

InvestAZ