XƏBƏR LENTİ
01 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
21 Fevral 2026



Azərbaycan futbolçusu Çexiya liqasında qol vurub
İdman 12:50 / 19.08.2019

Azərbaycanın gənclərdən ibarət milli komandasının üzvü Fərid Nəbiyev Çexiya liqasında növbəti qolunu vurub.
İyirmi yaşlı futbolçunun çıxış etdiyi "Slaviya B” komandası gənclər liqasının ikinci turunda "Vltavin” klubunu qəbul edib.
Praqa təmsilçisinin 4:1 hesabı ilə qalib gəldiyi oyunda yarımmüdafiəçimiz əsas heyətdə yer alıb. O, komandasının dördüncü qolunu vurub. Bu, millimizin üzvünün yeni mövsümdə ilk qolu olub. Bu qələbədən sonra xallarının sayını altıya çatdıran "Slaviya B” hazırda turnir cədvəlində liderdir.
Xatırladaq ki, ötən mövsüm Azərbaycanın U-21 yığmasının oyunçusu "Slaviya”nın heyətində vurduğu qollar sahəsində bu ölkənin çempionatının ən məhsuldar futbolçularından biri olmuşdu.

30842 oxunub

InvestAZ