Norveç millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Moldova komandası ilə qarşılaşıb.
İ qrupunda yer alan komandaların mübarizəsində Norveç millisi böyükhesablı qələbə qazanıb - 11:1.
Meydan sahiblərin heyətində Erlinq Holann beş qolla yadda qalıb. O, matçın 11, 36, 43, 52 və 83-cü dəqiqələrində fərqlənib. Digər qolları isə Feliks Hörn Myure (6), Martin Odeqard (45+1), Telo Asqard (68, 76,79, 90+1) rəqib qapısından keçirib. Qonaqların yeganə təsəlli qolu isə 74-cü dəqiqədə vuurulub. Həmin qolu isə norveçli futbolçu Leo Ostiqard öz qapısına göndərib. Qələbə sayəsində xallarının sayını 15-ə çatdıran Norveç millisi 5 oyundanmaksimum nəticə toplayaraq birinci pillədə qəarlaşıb. Keçirdiyi bütün oyunlarda məğlub olan Moldova millisi isə qrupda sonuncu- beşincidir.