XƏBƏR LENTİ
10 Sentyabr 2025
09 Sentyabr 2025
08 Sentyabr 2025
07 Sentyabr 2025
05 Sentyabr 2025
04 Sentyabr 2025



DÇ-2026: bu gün seçmə mərhələnin daha 9 oyunu keçiriləcək
İdman 13:05 / 09.09.2025
Bu gün 2026-cı ildə təşkil olunacaq futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçiriləcək.
D, F, H, I, K qruplarında ümumilikdə 9 oyun təşkil olunacaq.
Millimiz D qrupunda Bakıda Ukrayna yığmasını qəbul edəcək. Qrupun digər oyununda Fransa seçməsi İslandiya ilə qarşılaşacaq. F qrupunda isə Ermənistan yığması İrlandiyanı qonaq edəcək. Qrupun lideri olan Portuqaliya millisi isə səfərdə Macarıstanla üz-üzə gələcək. H qrupunun iştirakçılarından olan Kipr millisi Rumıniyanı, Bosniya və Herseqovina yığması isə Avstriyanı sınağa çəkəcək. İ qrupunda isə azarkeşlər bir oyun izləyəcəklər. Qrupun lideri olan Norveç sonuncu pillədə qərarlaşan Moldovanı qəbul edəcək. K qrupunda isə Serbiya yığması İngiltərəni, Albaniya seçməsi isə Latviyanı qonaq edəcək.

1031 oxunub

InvestAZ