XƏBƏR LENTİ
10 Sentyabr 2025
09 Sentyabr 2025
08 Sentyabr 2025
07 Sentyabr 2025
05 Sentyabr 2025
04 Sentyabr 2025



Millimizin keçirəcəyi oyunların təqvimi açıqlanıb
İdman 13:23 / 09.09.2025

Azərbaycanın 3x3 basketbol millisinin Dünya Qadın Seriyasının final mərhələsində keçirəcəyi oyunların təqvimi açıqlanıb.

Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən Olimpiyadunyasi.com-a verilən məlumata görə, turnirdə Niderland, Kanada, "CS Rapid", İspaniya, "Ulaanbaatar Amazons", Latviya, Azərbaycan və "Şanxay Redvinqs" komandaları iştirak edəcək.

Bu mərhələdə ilk dəfə iştirak edəcək və B qrupunda mübarizə aparacaq yığma sentyabrın 13-də, Bakı vaxtı ilə saat 11:25-də Kanada, 13:25-də Latviya və 16:55-də "CS Rapid"lə üz-üzə gələcək.

Qeyd edək ki, Dünya Qadın Seriyasının final mərhələsi sentyabrın 13–14-də Şanxayda keçiriləcək.


1163 oxunub

InvestAZ