XƏBƏR LENTİ
01 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
21 Fevral 2026



"Donnarumma komandasını hər iki görüşdə xilas etdi"
İdman 14:52 / 08.05.2025
Dünən UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunundan sonra PSJ ilə matç barəsində danışan "Arsenal"ın baş məşqçisi Mikel Arteta maraqlı açıqlamaları ilə diqqət çəkib. Komandasının 1:2 hesabı ilə uduzmasına baxmayaraq, Arteta "Arsenal" haqqında nikbin danışıb. "Məğlubiyyətə baxmayaraq futbolçularımla fəxr edirəm. İki il əvvəl heç kim gözləmirdi ki, "Arsenal" belə uğurlu irəliləyiş etsin. Biz özümüzü təsdiq etdik. Güclü rəqibə qarşı oynadıq. Amma deməliyəm ki, Donnarumma komandasını hər iki görüşdə xilas etdi", - deyə Arteta UEFA-nın rəsmi saytına verdiyi müsahibədə bildirib.

12619 oxunub

InvestAZ